EN

""Məlhəm" Hospitalı bizə sözün hər mənasında əzab yaşadır"- Ulucay Akif

Qalmaqallı “Məlhəm” Hospitalından növbəti şikayət... Bu dəfəki şikayətçi isə tanınmış media mənsubu Ulucay Akifdir.

News365.az xəbər verir ki, tanınmış yazar özünün sosial səhifəsində “Məlhəm” Hospitalın onların həyatına vurduğu ağır zərbədən yazıb:

“Heç vaxt şəxsi problemlərimi sosial media ya mətbuat vasitəsilə həll etmək istəməmişəm, çalışmışam məsələni ictimailəşdirmədən həll edim, amma indi vəziyyət başqadır və görünür buna məcburam.

Təxminən on gün öncə "Məlhəm" hospitalında bacımın ilk övladı dünyaya gəldi, amma həkim səhlənkarlığından uşaq problemli doğuldu. Körpənin beynində ciddi problemlər, sinir zədələnməsi var. Kompyuter tiomoqrafiyasının nəticələrinə görə onun həyatda qalması qeyri-mümkündür. Bunu həm "Məlhəm" xəstəxanasının həkimləri özləri deyir, həm də digər xəstəxanaların həkimləri.

Artıq uşağın həyatda qalmayacağı həqiqətini qəbullanmışıq, çünki müayinə nəticələrinə baxıb ümidli nəsə deyən bircə nəfər də olmadı. "Məlhəm" hospitalı özü də bunu təsdiqləməsinə rəğmən uşağı hələ də küvəzdə saxlayır neçə gündür. Uşaq nə gözlərini açır, nə də nəyəsə reaksiya verir. Amma xəstəxana israrla bizə bu zülmü yaşadır.

Üstəlik, həkim doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədi ilə bacımı ittiham edir. Guya problemin uşağın göbək ciyəsində guya düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanmasında olduğunu deyir.

Buna aid mesajlar da yazıb. Həmin mesajlar da şikayət ərizəsinə əlavə edilir.

Bununla bağlı qeyd etmək istərdik ki. ərizəçiyə

Məsələ odur ki, 8 aylıq hamiləlik dönəmində müainələr zamanı (elə "Məlhəm" hospitalında) bacıma bu cür problemlərin olduğu deyilməyib, heç vaxt göbək ciyəsində düyün olması bildirilməmiş, ciyənin iki dəfə uşağın boynuna dolanması hlı isə hələ doğuşda uzun müddət əvvəl daha dəqiq desək 03.09.2025-ci il tarixində hamiləliyin Ultrasəs rutin müayinəsi nəticəsində məlum idi. Əgər bu hal normal doğumun həyata keçirilməsi üçün problem yarada bilərdisə həkim bununla bağlı ərizəçini məlumatlanırmalı və ona mümkün riskləri izah etməli idi.

Uzun sözün qısası, hazırda "Məlhəm" hospitalı bizə sözün hər mənasında əzab yaşadır. Mənasız bir gözləyiş içində qalmışıq, məsuliyyətdən yayınmaq üçün də sadəcə vaxt qazanmağa çalışırlar. O günahsız körpə də orada əziyyət çəkir, bacım da, biz də. Aidiyyatı qurumlardan bu məsələnin tam araşdırılmasını, hüquqi yolla həlli nədirsə, edilməsini istəyirik.

Həm də ona görə ictimailəşdirirəm ki, əgər kimdəsə günah varsa, səhlənkarlıq varsa, qarşısı alınsın, başqa kiminsə başına belə hadisə gəlməsin”.

Qarşı tərəfində mövqeyini verməyə hazırıq.

News365.az

Chosen
14
3
news365.az

6Sources