EN

RUSİYA İFLİC EDİLİR, BÖHRAN BAŞLAYIR... - Kreml indi müharibəni necə bitirəcəyini bilmir

Üç il yarımdır ki, Rusiya Ukraynada döyüş meydanında böyük qurbanlar hesabına yalnız cüzi ərazilər zəbt edə bilib. Ancaq elə də böyük olmayan Pokrovsk şəhəri uğrunda gedən döyüşlər ruslar üçün bədbin gələcəyin uzaqda olmadığını göstərir.

Rusiya ordusu artıq bu istiqamətdə əldə etdiklərini itirərək mühasirəyə düşmək təhlükəsi ilə üzləşib. İndiyədək müharibədə, xüsusilə də son dövrlərdə əsasən hücum edən tərəf Rusiya olub, onlar arxa cəbhədəki resurslarına arxalanaraq durmadan irəliyə atılıblar. Kreml rəhbərliyi qüvvələr nisbətində Rusiyanın üstünlüyü faktorunun heç zaman dəyişməyəcəyi düşüncəsilə müharibədə qalib gələcəkləri eyforiyasına qapılıb. Lakin müharibə uzandıqca, Rusiya Ukrayna qarşısındakı üstünlüklərini tədricən itirir və qüvvələr nisbəti bərabərləşməyə doğru gedir.

Hazırda Rusiya raket və dronlarla Ukrayna şəhərlərinə zərbələr endirməklə özünün güclü olduğunu göstərməyə, ukraynalılar arasında vahimə və ümidsizlik yaratmağa çalışır. Ukrayna isə dinc əhaliyə hücum etmir. Lakin Volodimir Zelenski Moskvanı elektriksiz qoya biləckləri barədə xəbərdarlıq edib və nümunə kimi Ukrayna qüvvələri raket hücumuyla Belqorod şəhərinin İstilik Elektrik Mərkəzini partladıblar.

Elə zənn edilməsin ki, Ukrayna Silahlı Qüvvələri(USQ) Moskvanı elektriklə təmin edən obyektləri vura bilməz. Əlbəttə, Moskva Belqorod deyil və o, Hava Hücumundan Müdafiə sistemlərilə daha yaxşı təmin edilib. Buna baxmayaraq, bu sistemlər keçilməz deyil və bu yaxınlarda Moskvaya edilən dron hücumları sadəcə yoxlamaydı. Bununla Rusiyanın müdafiə imkanları öyrənilirdi.

ABŞ Prezidenti Donald Trampın Rusiyanı “kağız pələng” adlandırması və Ukraynanın qalib gələ biləcəyinə işarə vurması Ukrayna üçün xoş yenilkdir. Belə ki,indiyədək Qərbdə Rusiyanın məğlubedilməzliyi əfsanəsi yayılmışdı. Elə Trampın özü də rusların Napoleon və nasist Almaniyasına qalib gəlməsini misal çəkərək, Rusiyanın məğlubedilməzliyinə inamını ifadə edirdi.Əgər Rusiyanın əsgər sayını, səfərbərlik imkanını, silah sənayesinin gücünü, maliyyə durumunu nəzərə alsaq və mövcud şərtlər daxilində bu parametrləri Ukrayna ilə müqayisə etsək, onda deyə bilərik ki, bir ildən sonra qüvvələr nisbəti hətta Ukraynanın leyhinə ola bilər.

Rusiya Federasiya Şurasının üzvü, ”Rosskosmos”un keçmiş rəhbəri Dmitri Roqozinin bu yaxınlarda verdiyi müsahibəsindən aydın olur ki, ruslar Ukraynanın gücünü qəbul etməyə məcburdurlar. Halbuki, həmin Roqozin iki il öncə tamamilə fərqli fikirdəydi.

Müharibənin qeyri-müəyyən vaxtadək uzanacağı artıq şübhə doğurmur. Ona görə də tarixdən məlum olan bütün uzunmüddətli müharibələrdə əlahiddə rol oynayan dörd faktoru nəzərə almaq şərtilə ümumi mənzərəni aşağıdakı kimi təsvir edə bilərik.

Sözügedən faktorlar hərbi potensial, ölkənin iqtisadi və maliyyə drumu, müttəfiqlərin göstərdiyi köməyin həcmi və onların qlobal geostrateji maraqları, elitanın və cəmiyyətin müharibəyə münasibəti və dözümüdür.

Əvvəla, onu deyək ki, “möhtəşəm” Hərbi Sənaye Kompleksinə və daha çox insan resursuna malik olan Rusiya Federasiyasının Ukraynanı taqətdən salacağı taktikası özünü doğrultmayıb.

Rusiya silah sənayesinin əsas məhsullarından sayılan zirehli texnikanın əhəmiyyəti getdikcə azalır. İki il öncə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev guruldayaraq deyirdi ki, biz ildə 1500 “T-90” tankı istehsal edəcəyik və bunun qarşısında Ukrayna tab gətirə bilməyəcək. Bu günün reallığı ondan ibarətdir ki, döyüş meydanında tanklar “FPV” dronlarının asan hədəfinə çevrilib. Rusiya helikopterləri də ortalıqda çox nadir hallarda görünürlər. Rusiya komandanlığı elə bilirdi ki, Ukrayna Suriyadır və burada “Mi-28” və ya “Ka-52” piyadalara divan tutacaq. Lakin Suryadakı yaraqlılardan fərqli olaraq, USQ-nin helikopterləri vurmaq üçün çoxsaylı vasitələri var. Yeri gəlmişkən, dünən Ukraynanın “FPV” dronu Rusiyanın “Mi-28” helikopterini havadaykən

Rusiya həmçinin, aviasiyası ilə öyünürdü. Döyüş tapşırığını yerinə yetirən xeyli sayda “Su-30”, ”Su-34” və “Su-35” kimi ən yeni qırıcı-bombardımançılar vurularaq sıradan çıxarılıb. Az miqdarda köhnə modifikasiyalı “F-16” və “Miraj”-larla təchiz edilən Ukrayna hərbi aviasiyası rusların səmada sərbəst fəaliyyətinə imkan vermir. Avdeyevka şəhərinin alınmasında xüsusi önəm daşımış “FAB” və “KAB” tənzimlənən ağır avia bomblarına qarşı da ukraynalılar effektiv cavab tapıblar. Radioelktron mübarizə tətbiq etdikdən və onları daşıyan təyyarələri vurmağa başlayandan sonra bu cür zərbələrn sayı olduqca azalıb. Həmçinin, artıq həmin tip bombalardan Ukrayna təyyarələri də istifadə edir.

Ancaq bunlara baxmayaraq, Rusiyanın ən güclü tərəfi kimi çoxsaylı “Şahed” tipli dronları, ballistik“İskander”, qanadlı “X-101”, ”Kalibir” və digər raketləri Ukrayna şəhərlərinə ciddi zərər yetirir. Ukrayna hələ ki, ruslara simmetrik cavab verəcək “Sapsan”, ”Neptun” və “Flaminqo” raketlərini işə salmayıb. Ukraynaya qanadlı “Tomahawk” raketlərinin verilməsi isə Ağ Evdə müzakirə edilir. Bununla yanaşı, hətta NATO generalları Ukraynanın aktiv müdafiədən hücuma keçməsinin vacibliyindən danışmağa başlayıblar.

Sözsüz ki, müharibəninin maliyyələşdirilməsi ən vacib faktorlardan biridir və bunun üçün ilk növbədə ölkə iqtisadiyyatı dayanıqlı olamlıdır. Rusiya müharibə xərclərini ödəmək üçün büdcəyə düşən yükün bir hissəni Milli Rifah Fondundan götürməklə həll edirdi. Bu fondu əməllicə əritdikdən sonra yeni metoda keçilib. Rusiya Maliyyə Nazirliyi maliyyə çatışmazılığını aradan qaldırmaqdan ötrü ƏDV-ni 20%-dən 22%-ə qaldıracağını bildirib. Bu tədbir ticarətin bütün sahələrini əhatə edəcək. Ekspertlərin hesablamalarına görə, ƏDV-nin 2 faiz artırılması Rusiya büdcəsinə təxminən 12 milyrd dollar əlavə pul gətirə bilər. Əlbəttə, bu elə də böyük məbləğ deyil ki, müharibə xərcələrini ödəsin, amma başqa çarə yoxdur. Lakin bir çox mütəxəssislər hətta bu rəqəmin də şişirdildiyini deyirlər. Çünki ƏDV-nin artırılması şirkətlərin mənfəətini azaldacaq. Bu da onların büdcəyə ödəyəcəkləri mənfəət vergisini kiçildəcək. Həmçinin, ƏDV artımının digər iqtisadi fəsadları olacaq ki, bu da gözlənilən büdcə daxilolmalarını təmin etməyə bilər.

Yəqin ki, Rusiya hökuməti növbəti mərhələdə büdcə kəsirini bağlamaq və müharibəyə pul tapmaq üçün vətəndaşların bankalardakı əmanətlərinə əl qoyacaq. Rusiyanın “Moscow Times”qəzetinin məlumatına görə, gələn il orduya, polisə və xüsusi xidmət orqanlarına ümumilikdə 17 trilyon rubl ayrılacaq ki, bu da büdcənin 38%-ni təşkil edəcək. Çünki ölkəni total şəkildə hərbi relsin üzərinə qoymağa hazırlaşırlar.

Göründüyü kimi, Rusiya hər şeyini müharibəyə yönəldir və deyəsən, bunun axırının nəylə yekunalşacağını heç özü də bilmir...

Bəs, Ukraynanın maliyyə-iqtisadi durumu hansı vəziyyətdədir? Rusiya Ukraynanın valyuta mədaxilində mühüm yer tutan taxıl və günəbaxan yağı ixracının qarşısını dənizdə kəsmək istəyirdi, lakin ukraynalıların dəniz dronları rusların Qara dəniz donanmasının xeyli gəmisini məhv etdikdən sonra onları Sevostopldan Novorosiysk limanına qaçmağa məcbur etdi. Ukrayna nə qədər qəribə görünsə də, müharibə başlayandan indiyədək qızıl-valyuta ehtiyatını artırıb.

Onu da unutmayaq ki, Ukraynanın Avropa Birliyindən böyük maliyyə yardımı alır. Bu da əhalinin sosial problemlərinin həlli, oprdunun saxlanması və ölkənin silah sənayesinin inkişafında xüsusi önəm daşıyır.

Müharibə aparan ölkənin əhalisinin bu vəziyyətə münasibəti və dözümü isə bəlkə də ən vacib faktordur. Hələlik Rusiya cəmiyyəti müharibənin ağırlığını total formada öz üzərində hiss etmir. Döyüşə yalnız müqaviləçilər gedir və onların da ailələrinə imtiyazlar verilir, hərbi zavodlarda işləyənlər yüksək məvacib alırlar. Düzdür, müharibənin Rusiya iqtisadiyyatına vurdğu zərbələr özünü sonradan, özü də dəhşətli şəkildə büruzə verəcək. Ancaq indiki halda əhalini dərindən narahat edəcək vəziyyət yoxdur. Benzin növbələri yenicə başlayıb və hələ heç də kritik həddə deyil. Ümumiyyətlə, Rusiya cəmiyyəti elə vəziyyətə salınıb ki, onun müqavimət gücü də qırılıb. Yalnız elitanın maraqlarına ciddi zərbə dəyəndə və ya ölkə total kollapsa uğrayanda, Putin və komandasının tarixin arxivinə atılması mümkündür.

Müharibənin nəticəsinə ciddi təsir göstərəcək faktorlardan biri də Rusiya və Ukraynanın müttəfiqlərinin gücü və geostrateji planlarıdır. ABŞ indiyədək müharibənin uzanmasında maraqlı olub və Rusiyanın tez zamanda məğlub olmasını istəməyib. Bundan irəli gələrək, Rusiya hələ ki, taqətdən düşməyib və döyüşmək potensialı var. Lakin hadisələrin dinamikası rus ordusunun durumunun pisləşəcəyini və daha çox qurbanlar verəcəyini göstərir.Digər yandan, Avropa ilə Rusiyanın birbaşa qarşıdurma yaşaması da ABŞ-nin maraqlarına xidmət edir. Gərginlik şiddətlənərsə, Avropa ilə Rusiya arasındakı kommuniksaya əlaqələri kəsilər. Belə olan təqdirdə, Çinin ən böyük ticarət tərfdaşlarından olan Avropa ilə quru nəqliyyat yolu bağlanacaq, bu da Pekinin maliyyə mənbəyinə ciddi zərbə vuracaq.

ABŞ artıq bu müharibədə istədiyinə qismən nail olub. Tramp Ukraynaya silah verilməsinə heç bir qadağa qoymayıb, sadəcə, tədarük olunan bütün silahların pulunu Avropa Birliyi ödəyəcək. Nəticədə ABŞ silah sənayesi bu əməliyyatlardan yaxşı gəlir götürəcək. Avropa Rusiyadan neft və qaz ixracını dayandırdıqdan sonra ABŞ mütləq dövriyyəyə girəcək və Avropanı karbohidrogenlərlə təchiz etməyə başlayacaq.

Ümimiyyətlə, Ukraynanın qələbə strategiyasının baş tutması Rusiyanın mühüm iqtisadi obyektlərinin və hərbi zavodlarının uzaqmənzilli raketlərlə məhv edilməsi ilə mümkündür. Bəllidir ki, Rusiyanın neft sənayesinə endirilən zərbələr təkcə Rusiyada yanacaq qıtlğı yaratmır, həmçinin Kremlin valyuta qazanmasını əngəlləyir. Rusiya ötən il neft satışından 110 milyard dollar götürüb. Rusiyanı iflic etmək üçün Ukrayna lazımı mövqelərə çoxsaylı dron hücumlarıyla yanaşı, həm də aramsız raket zərbələri vurmalıdır. Bu baxımdan Ukraynanın öz istehsalı olan raketləri ilə ABŞ-nin qanadlı “Tomahawk” raketlərinin zərbələri müharibənin müqəddəratını həll edə bilər.

 

 

məhv edib.

 

 

 

Chosen
8
2
hurriyyet.az

3Sources