EN

Şəhidlərə ehtiramımız əbədidir

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ölkəmizin bütün ərazisində olduğu kimi Şirvan şəhərində də torpaqlarımızın azad olunması və vətənimizin suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsi dərin ehtiramla yad olunur və onların əbədi xatirəsi daim uca tutulur. Şəhidlərin ailə üzvüləri bütün tədbirlərdə başda olur və qəhrəman övlad böyüdən valideynlərinə böyük hörmət göstərilir və təcrübələri geniş surətdə təbliğ edilir. Dövlət siyasətinə uyğun olaraq şəhər rəhbərliyi tərəfindən şəhidlərimizin ailələri mütəmadi yad olunur, vəziyyətləri ilə maraqlanır  və qayğıları yerindəcə həll edilir.

 Şirvan şəhərindən olan şəhid Asif Səxavət oğlu Qəribovun anım günü münasibətilə xatirəsi anılıb.

Anım tədbirində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə şəhid Asif Qəribovun və digər şəhidlərin məzarları ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.

Sonra çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına başsağlığı verərək səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açıb, tarixi Zəfərin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib.

Şəhərin rəhbəri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

Digər çıxış edənlər Vətən yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını bildirərək, Vətən müharibəsində əsgər və zabitlərimizin misilsiz şücaətlərindən qürurla bəhs ediblər.

Şəhərdə şəhidlərin uca xatirəsinə böyük ehtiram olaraq ağacəkmə və təmizlik aksiyası keçirilib və geniş ictimaiyyət tərəfindən bu ənənənin əbədi qorunması və mütəmadi keçirilməsi qərara alınıb.

Mikayıl NƏRİMANOĞLU,

XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
xalqqazeti.az

2Sources