EN

Narkoloji Mərkəzin direktoru NARKOMANLARDAN RÜŞVƏT ALIB - 10 il həbs


Respublika Narkoloji Mərkəzinin rüşvət ittihamı ilə mühakimə olunan baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin məhkəmə istintaqı tamamlanıb.
 
NUH.az-ın  Qafqazinfo-ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham tərəfi yekun çıxış edib.
Prokuror müttəhimlərin ikisinin də külli miqdarda rüşvət almaqda təqsirli bilinmələrini, hərəsinin 10 il həbslə cəzalandırılmalarını tələb edib.
Hakim müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə vaxt verib.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Narkoloji Mərkəzində əməliyyat keçirib. Əməliyyat nəticəsində Mərkəzin baş direktoru və müavini həbs edilib.

Chosen
10
10
nuh.az

10Sources