EN

Cabirin görüntülərini yayanları cəza gözləyir?

Tanınmış jurnalist Azər Qəribin Əməkdar artist Cabir İmanovla bağlı paylaşımı diqqət çəkib. O bildirib ki, aktyorun son kadrlarını mediaya ötürənlər müəyyən edilməli və ciddi cəzalandırılmalıdır. 

Sitat: “Əgər mənim hüquq-mühafizə orqanlarına göstəriş vermək səlahiyyətim olsaydı, tapşırardım ki, idman zalından Cabirin son kadrlarını mediaya ötürənləri müəyyən edib, ciddi cəzalandırsınlar. Bu əməl həm qanuna ziddir, həm də mənəviyyata”.

Cabir İmanovun son kadrlarının mediada yayılması qanuna ziddirmi? Görüntüləri ötürənləri cəza gözləyirmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan vəkil Hikmət Əliyev deyib ki, bununla bağlı qanunda cəza nəzərdə tutulmur:

“Mərhum Cabir İmanovun idman zalında həyatını itirdiyi anları əks etdirən görüntülərin yayılması hər şeydən əvvəl, etik baxımdan qəbuledilməzdir. Bu cür kadrlar mərhumun yaxınlarına ağır mənəvi zərbə vurur və cəmiyyətimizin dəyərləri ilə uzlaşmır. Bununla belə, hüquqi müstəvidə məsələyə baxdıqda, həmin video ictimai məkanda çəkildiyi, şəxsi həyat və ailə sirrini özündə əks etdirmədiyi üçün hər hansı cinayət və ya inzibati məsuliyyət yaratmır”.

Chosen
3
1
konkret.az

2Sources