EN

Millimiz finala yüksəldi MDB Oyunları

ain.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə təşkil olunan III MDB Oyunlarında ikinci oyununa çıxıb.

Sportal.az xəbər verir ki, A qrupunda yer alan U-16 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüş Aqil Nəbiyevin yetirmələrinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 53-cü dəqiqədə Tunar Bayramov açıb. 71 və 75-ci dəqiqələrdə Əli Bəşirov dubla imza atıb. Son nöqtəni isə 79-cu dəqiqədə Roman Fərzəli qoyub. Matçın 59-cu dəqiqəsində kapitan Uğur Qurbanlının penalti zərbəsini rəqibin qapıçısı dəf edib.

Keçirdiyi ilk oyunda Tacikistan yığmasını 1:0 hesabı ilə məğlub edən U-16 millimiz 6 xalla qrup birincisi kimi turnirin finalına vəsiqə qazanıb. Həlledici görüş oktyabrın 4-də keçiriləcək.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
8
sportal.az

10Sources