EN

Qəzadan 10 gün sonraöldü

Paytaxtın Nəsimi rayonunda baş vermiş yol qəzasında xəsarət alan piyada vəfat edib.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si saat 09 radələrində Nəsib bəy Yusifbəyli küçəsi 15-in qarşısında qeydə alınıb.

Sumqayıt sakini Emin Məzahir oğlu Səfərov idarə etdiyi “VAZ - 2199” markalı avtomobillə yolu keçən 1971-ci il təvəllüdlü Mahirə Əlihəsən qızı Hacızadəni vurub.

Xəstəxanaya yerləşdirilmiş M.Hacızadə sentyabrın 30-u saat 08 radələrində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
22
6
redaktor.az

7Sources