Paytaxtın Nəsimi rayonunda baş vermiş yol qəzasında xəsarət alan piyada vəfat edib.
"Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 20-si saat 09 radələrində Nəsib bəy Yusifbəyli küçəsi 15-in qarşısında qeydə alınıb.
Emin Səfərov idarə etdiyi "VAZ - 2199" markalı avtomobillə yolu keçən 1971-ci il təvəllüdlü Mahirə Əlihəsən qızı Hacızadəni vurub.
Xəstəxanaya yerləşdirilmiş M.Hacızadə sentyabrın 30-u saat 08 radələrində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.