EN

Bu telekanalın jurnalisti həbs ediləcək?

Rusiya İstintaq Komitəsi (İK) “Dojd” telekanalının (Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” və “arzuolunmaz təşkilat” kimi tanınıb) jurnalisti Valeriya Ratnikovanın (Rusiya tərəfindən “xarici agent” elan edilib) qiyabi həbs edilməsini tələb edib. 

Bu barədə TASS Moskvanın Qolovin məhkəməsinə daxil olan müvafiq vəsatətə istinadən məlumat yayıb.

Məhkəmənin nümayəndəsi agentliyə bildirib:

“Məhkəməyə İK tərəfindən Ratnikova V.E.-yə qarşı qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət daxil olub”.

Hadisənin detalları açıqlanmayıb. Xatırladaq ki, 5 sentyabrda Rusiya Daxili İşlər Nazirliyi jurnalisti axtarışa verib.

18 iyulda isə İK Ratnikova, “Dojd” telekanalının baş redaktoru Tixon Dzyadko (Rusiya tərəfindən “xarici agent” elan edilib) və aparıcı Yekaterina Kotrikadze (Rusiya tərəfindən “xarici agent” elan edilib) barəsində cinayət işi açıb. Onlar Rusiya ordusu barədə “saxta məlumatların yayılması” və “xarici agent öhdəliklərinin yerinə yetirilməməsi”ndə ittiham olunurlar.
 

İK-nin məlumatına görə, “Dojd” əməkdaşları messencerlərdən birində Rusiya hərbçilərinin Ukraynanın dinc sakinlərinə qarşı hərəkətləri ilə bağlı saxta məlumatlar paylaşıblar. Qurum Kotrikadze və Ratnikovanın axtarışa verilməsi məsələsinin də nəzərdən keçirildiyini bildirmişdi.


Bundan əvvəl Krasnoyarskda jurnalist Svetlana Xustik də Rusiya ordusu barədə “saxta məlumatların yayılması” ittihamı ilə həbs edilmişdi.

Chosen
11
2
news365.az

3Sources