EN

"Kəpəz"in yeni baş məşqçisi bəlli oldu

Azər Bağırov "Kəpəz"lə razılığa gəlib. "Bakuinfo" "Report"a istinadən xəbər verir ki, bunu mütəxəssis özü bildirib. O, bir çox məsələlərdə razılıq əldə olunduğunu söyləyib: "Demək olar, razılaşmışıq. Sadəcə, tam olaraq rəsmi bir şey olmadığı üçün uzun-uzadı danışa bilmərəm. İnşallah, rəsmiləşsin, hədəflərimiz barədə danışacağıq". Qeyd edək ki, "Kəpəz" daha əvvəl baş məşqçi Adil Şükürovla vidalaşıb. Komanda Misli Premyer Liqasında keçirdiyi 6 matçda məğlub olub. Azər Bağırov 2024/2025 mövsümündə də Gəncə klubunda işləyib.

Chosen
14
6
bakuinfo.net

8Sources