Azər Bağırov "Kəpəz"lə razılığa gəlib.
QOL.az "Report"a istinadən xəbər verir ki, bunu mütəxəssis özü bildirib.
O, bir çox məsələlərdə razılıq əldə olunduğunu söyləyib:
"Demək olar, razılaşmışıq. Sadəcə, tam olaraq rəsmi bir şey olmadığı üçün uzun-uzadı danışa bilmərəm. İnşallah, rəsmiləşsin, hədəflərimiz barədə danışacağıq".
Qeyd edək ki, "Kəpəz" daha əvvəl baş məşqçi Adil Şükürovla vidalaşıb. Komanda Misli Premyer Liqasında keçirdiyi 6 matçda məğlub olub.
Azər Bağırov 2024/2025 mövsümündə də Gəncə klubunda işləyib.