
9-11 Oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində, “Fairmont” otelinin Konqres zalında cərrahiyyə sahəsində dünyanın ən nüfuzlu təşkilatlarındanolan, 50 il əvvəl təsis olunmuş Beynəlxalq Üz-Çənə Cərrahları Kollecinin (ICMFS) 33-cü konqresi keçiriləcək.
Reyting.az xəbər verir ki, bunu konqresin sədri professor Çingiz Rəhimov bildirib.
“Yeni elmi və praktiki üfüqlə addımlayırıq!” şuarı altında keçiriləcək Elmi Forum çərçivəsində həmçinin aşağıdakı tədbirlər baş tutacaq:
• Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin III Beynəlxalq Konqresi (AzOMFS);
• Türk dövlətlərinin I Ağız və Üz-Çənə Cərrahları Konqresi.
Bildirilir ki, Elmi Foruma qatılan mütəxəssislərin fəaliyyəti insanın həm zahiri görünüşünü, həm də sosial statusunu müəyyən edən ən mühüm anatomik sahələrdən birinin bərpası və təkmilləşdirilməsinə yönəlib.
Dəvət olunmuş məruzəçilərə gəlincə,onlar dünyada tanınmış şəxslərdir:
• Professor Jatin Şah (ABŞ) - baş və boyun cərrahiyyəsində dünya miqyasında tanınmış lider;
• Professor Jan-Pol Meningaud (Fransa) – üz transplantasiyası üzrə 7 əməliyyat təcrübəsinə malik, dünya şöhrətli üz-çənə cərrahı;
• Professor Edqar Biemer (Almaniya) – müasir plastika və rekonstruksiya cərrahiyyəsinin Avropa və Asiyada yaradıcalarından sayılan mütəxəssis;
• Professor SM Balaji (Hindistan) – tanınmış və aparıcı kəllə-üz cərrahı.
Eləcə də Türkiyə, Pakistan, İtaliya, İspaniya, Niderland, Yaponiya, Cənubi Koreya, Filippin, Argentina, Braziliya, Polşa, Serbiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, İsrail, Səudiyyə Ərəbistanı, İran, İraq, Suriya, Tayland, Kipr, Çad və ümumiyyətlə, 30-dan çox ölkədən tədbirə iştirakçının qatılması təsdiqlənib.
Konqresin Elmi Proqramı geniş mövzuları əhatə edəcək:
• ağız və üz-çənə cərrahiyyəsi (dental implantologiya və parodontal cərrahiyyə daxil olmaqla);
• üzün estetik və rekonstruktiv cərrahiyyəsi;
• baş və boyun cərrahiyyəsi və onkologiyası;
• otorinolarinqologiya;
• cərrahiyyənin kompüter texnologiyalarla idarə olunması (CAD/CAM sistemləri və naviqasiya cərrahiyyəsi);
• dermatologiya və kosmetologiya.
Üçgünlük zəngin Elmi Proqrama plenar iclaslar, simpoziumlar, şifahi və poster təqdimatları, həmçinin Azərbaycanda ilk dəfə beynəlxalq mütəxəssislərin iştrakı ilə keçiriləcək üz cərrahiyyəsinə və almacıq diş implantasiyasına aid iki kadavr kursuç eləcə də və real pasiyentlər üzərindəestetik təbabətə aid Master Klass daxil edilib.
Bunlarla yanaşı tədbir keçiriləcək məkanda son nailiyyət və innovasiyaların təqdim olunacağı ixtisaslaşdırılmış beynəlxalq sərgi təşkil olunacaq.
Tədbirə maraq göstərən media nümayəndələrindən öncədən [email protected] elektron unvanına məlumatlar yollamaq və ya 0552742222 (Günel xanım) telefonla əlaqə saxlamaq xahiş olunur.