EN

“AzərEnerji” ilə “Masdar” rəhbərliyi arasında görüş keçirilib

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda səfərdə olan “Masdar” şirkətinin Biznes və Layihə İnkişafı üzrə direktoru Abdulla Zayedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə “AzərEnerji” ASC-nin sədri Baba Rzayevin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Həmçinin ümumi qoyuluş gücü 1000 MVt olan Bankə, Biləsuvar və Qaradağ günəş və külək elektrik stansiyaları layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
8
qafqazinfo.az

10Sources