EN

Oqtay Qasımov: Rusiyanın təxribatları bəzən Avropanın da maraqlarına cavab verir

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiya son bir ay ərzində Şərqi Avropa və Baltikyanı ölkələrin, eləcə də qitənin digər ərazilərinin dərinliklərində hava sərhədlərini pozub. Rusiya belə təxribatlarla Avropa cəmiyyətlərini gərginlik altında saxlamağa çalışır. Rusiya bununla Avropa cəmiyyətlərinə mesaj verir ki, “məhz onların hakimiyyətləri Ukraynada müharibənin uzanmasının səbəbkarlarıdır, müharibənin davam etməsi Avropada insanların sosial-iqtisadi vəziyyətini çətinləşdirir”. Bu baxımdan, ilk hədəf ondan ibarətdir ki, cəmiyyətlərin dəstəyi ilə bu ölkələrin Ukraynaya yardımlarını dayandırsın”. Bunu “Reytinq” qəzetinə açıqlamasında siyasi analitik Oqtay Qasımov Rusiya və NATO arasında müşahidə edilən gərginliyin səbəb və nəticələrindən danışarkən deyib.O. Qasımovun fikrincə, Rusiya belə təhdidlərlə avropalıları öz hakimiyyətlərindən Ukraynaya yardımın dayandırılmasını və öz əhalisinin təhlükəsizliyi ilə bağlı addımlar atmasını tələb etməsinə nail olmaq istəyir. Eyni zamanda Rusiya bu təxribatlarla NATO-nun müəyyən sirlərini, onun müdafiə qabiliyyətini və texnoloji durumunu öyrənməyə cəhd göstərir.O. Qasımov əmindir ki, Rusiyanın bu təxribatları bəzən Avropa ölkələrinin də maraqlarına cavab verir: “Onlar Rusiya təhdidini bir qədər də qabardaraq hərbi xərclərin artırılması ilə bağlı cəmiyyətdəki narazılığı söndürməyə çalışırlar. Göstərmək istəyirlər ki, Rusiya təhlükəsi realdır, onu dəf etmək üçün müdafiə xərcləri artırılmalıdır. Bunun xalqın güzəranına mənfi təsirinin anlayışla qarşılanmasına nail olmaq istəyirlər. Eyni zamanda Ukraynaya dəstək və yardımlar da məntiqlidir, çünki onlar hazırda rusların qarşısındakı əsas qaladır”.Bütün bunların gələcəkdə böyük bir müharibəyə gətirib çıxarması riskinə gəldikdə, müsahibimiz belə bir təhlükəni ciddi saymır: “Rusiyanın Ukraynadakı müharibəsi bir azdan dördüncü ilinə daxil olacaq. Yəni onsuzda Ukraynada böyük savaş gedir. Düşünmürəm ki, Rusiyanın hazırkı potensialı onun ikinci cəbhədə müharibə aparmasına imkan yaratsın. Rusiyanın imkan və potensialı yüksək olsa da, sonsuz deyil. Ukraynadakı müharibə Rusiyanın potensialına ciddi təsir göstərib və onu zəiflədib. Qənaətimcə, indi Avropanın məqsədi Ukraynaya daha ciddi dəstək vermək və Amerikanı bu prosesin içində tutmaqla Rusiya daxilinə daha ciddi zərbələr endirməklə onu öz sərhədləri daxilində saxlamaq və Ukraynada qarşısını kəsməklə Avropanın təhlükəsizliyini təmin etməkdir”.O. Qasımov qeyd edib ki, Ukraynanın son dövrlər Rusiya daxilində həyata keçirdiyi effektiv həmlələr və endirdiyi zərbələr Rusiya üçün həssas durum yaradıb və potensialına təsir göstərib: “Xüsusilə, Rusiyanın enerji sektoruna vurulan zərbələri nəzərdə tuturam. Odur ki, yaxın gələcəkdə genişmiqyaslı müharibənin olacağını ehtimal etmirəm, çünki Rusiyanın bütün Avropa və NATO ilə savaşmaq potensialı yoxdur. Çin bu proseslərdə Rusiyanı dəstəkləsə də, aktiv şəkildə proseslərə qoşulmaq niyyətində deyil. Çünki Avropa İttifaqı Çinin ən böyük ticarət tərəfdaşıdır. Yəni hazırda böyük bir savaş Çinin maraqlarına xidmət etmir. Çinin öz niyyət və strategiyası var. Bu da Çinin iki qlobal qütbdən birinin lideri olaraq rəqabətə davamlı vəziyyətdə qalmaq və özünə yaxın ölkələri müdafiə etməkdir. Çinin yaxın bir neçə ildə böyük müharibədə maraqlı olmasına inanmıram. Çin hərbi qüdrətini artırsa da, hələlik böyük müharibəyə hazır deyil”.Nemət ORUCOVReyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
reyting.az

2Sources