EN

Azərbaycanda 7 vəkil cəzalandırıldı

Azərbaycanda 7 vəkil cəzalandırılıb.
 

Pravda.az-ın məlumatına görə, bu barədə qərar Vəkilər Kollegiyası Rəyasət Heyətinin iclasında qəbul edilib.
 

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılaraq onların VK üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət olunmasına qərar verilib. Həmçinin 2 vəkilə irad bildirilib, 1 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib və 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.

Tarix: 1 Oktyabr 2025, 17:13   
Chosen
15
2
pravda.az

10Sources