EN

İbrahim Ləmbəranski vəzifəsindən ayrıldı - RƏSMİ

Sabunçunun sabiq prokuroru İbrahim Ləmbəranskinin prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Day.Az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat yayılıb.

Bildirilib ki, İbrahim Ləmbəranskiyin öz arzusuna əsasən 10 sentyabr 2025-ci il tarixindən etibarən prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Qeyd edək ki, İ.Ləmbəranski tanınmış ictimai xadim Əliş Ləmbəranskinin nəvəsi, millət vəkili Əminə Ağazadənin həyat yoldaşıdır. O, əvvəllər bir sıra rezonans doğuran cinayət işlərinin istintaqına rəhbərlik edib.

Ləmbəranski əvvəllər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində xüsusilə mühüm işlər üzrə böyük müstəntiq, daha sonra Pirallahı rayon prokuroru vəzifəsində çalışıb. 2020-ci ildən Sabunçu rayonunun prokuroru idi.

Chosen
6
2
day.az

3Sources