EN

Minik avtomobili qaz xəttinə çırpılıb

Naxçıvan, 1 oktyabr, AZƏRTAC

Babək rayonunun Qoşadizə kəndində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qaz xətti zədələnib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisədən dərhal sonra təhlükəsizlik məqsədilə ərazidə 350 abonentin təbii qaz təchizatı dayandırılıb. Bərpa işləri yekunlaşan kimi (qısa müddət ərzində yekunlaşması nəzərdə tutulur) sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Chosen
105
4
azertag.az

10Sources