AZ

Şərurda avtomobil qaz xəttinə çırpıldı - Sakinlər qazsız qaldı - FOTO

Şərurda minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində boru yararsız hala düşüb.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə rayonun Dizə kəndində baş verib.
 

Qəza nəticəsində qaz borusu zədələnib. Dizə və Oğlanqala kəndlərində 801 abonentin qaz təchizatı dayandırılıb. Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə əraziyə təbii qazın verilişi dayandırılıb.


Bərpa işləri yekunlaşan kimi (qısa müddət ərzində yekunlaşması nəzərdə tutulur) sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Hadisə nəticəsində xəsarət alan yoxdur.


Bizim.Media

Seçilən
10
12
bizim.media

10Mənbələr