EN

Rusiya ABŞ-a yalvarır: Tramp nə cavab verəcək?

“Moskva ABŞ-la birbaşa hava əlaqəsinin bərpasını israrla gündəmə gətirir və hazırda Vaşinqton bu təklifləri nəzərdən keçirir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Ryabkov bildirib ki, məsələ texnoloji baxımdan həll edilməlidir və Vaşinqtonun Belavia Hava Yollarına icazə verməsi bu prosesi müsbət siqnal kimi qiymətləndirilir.

Buna baxmayaraq, hazırda Rusiya və ABŞ arasında birbaşa uçuşların bərpası ilə bağlı hər hansı irəliləyiş yoxdur.

Sentyabr ayında ABŞ Maliyyə Nazirliyi “Belavia” və onun törəmə şirkətləri üçün maliyyə əməliyyatlarına ümumi lisenziya verərək əvvəlki sanksiyaları ləğv edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Chosen
12
1
konkret.az

2Sources