EN

Putindən XƏBƏRDARLIQ: “Risklidir, çünki…” KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Avropa Komissiyası Ukraynaya 4 milyard avro dəyərində makromaliyyə tranşı ayırıb.

KONKRET.az bildirir ki, bu vəsait əsasən müdafiə sektorunun dəstəklənməsinə yönəldiləcək.

İki milyard avro isə dron proqramına sərf olunacaq.

Tranşın mənbəyi dondurulmuş Rusiya aktivləridir. Avropada bloklanmış aktivlərin əksəriyyəti Belçikadakı Euroclear depozitlərindən götürülüb. Əvvəlcədən xəbərdarlıq edilib ki, bu aktivlərin zəbt olunması Rusiyanın digər aktivlərini qanuni olaraq ələ keçirməsinə yol aça bilər.

Rusiya Prezidenti Vladimir Putin Çinə səfərindən sonra bildirib ki, əgər Qərb bu aktivləri ələ keçirsə, qlobal maliyyə-iqtisadi sistem risk altına düşəcək və iqtisadi separatizm daha da güclənəcək. Kremlin mətbuat katibi Dmitri Peskov isə aktivlərin oğurlanmasına qarşı sərt cavab veriləcəyini deyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
1
konkret.az

2Sources