EN

Evakuator üzərində olan avtomobillə birlikdə aşıb

"Sözügedən yol-nəqliyyat hadisəsi bu gün saat 07:50-də Bakı-Qazax yolunun 188-ci km-də, üzü Qazax istiqamətində baş verib"...

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.

"Xəyal İdris oğlu İsmayılov 99-TC-021 dövlət nömrə nişanlı evakuatorla manevr edərkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Evakuatorun üzərində olan 10-SL-683 dövlət nömrə nişanlı "QAZel" markalı avtomobil də yüklü olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda vurğulanır.

***

Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.
Hadisə zamanı evakuator üzərində olan avtomobillə birlikdə aşıb.
Avtomobillərə ziyan dəyib. Xəsarətlə bağlı məlumat yoxdur.

Poliqon.info

Chosen
14
1
poliqon.info

2Sources