EN

Azərbaycanlı alim yenidən dünyanın nüfuzlu tədqiqatçıları siyahısına daxil oldu

Azərbaycanlı alim Adil Allahverdiyev yenidən dünyanın nüfuzlu tədqiqatçıları və tropik tibb sahəsində aparıcı araşdırıcılar siyahısına daxil olub. 

Bizim.Media xəbər verir ki, 2025-ci ildə Stanford Universiteti tərəfindən dərc olunan “World’s Top 2% Scientists” (Dünyanın ən yaxşı 2% alimləri) reytinqinə görə, Azərbaycanın Ə.Ə. Əxundov adına Tibbi Profilaktika Elmi-Tədqiqat İnstitutunun direktoru Adil Allahverdiyev ən nüfuzlu alimlər sırasında yer alıb.

Tropik Tibb kateqoriyasında o, 37 968 müəllif arasında 696-cı yeri tutub ki, bu da onun bu sahədəki yüksək töhfəsini göstərir. Ümumi bazada isə o, 458 205-ci sıradadır.

Alimin işləri 253 dəfə sitat gətirilib, H-indeksi 8-dir. O, 47 elmi məqalənin müəllifi və ya həmmüəllifi olub və bu məqalələr ümumilikdə 160-dan çox sitata malikdir. Alimin işlərinin öz-özünə sitatlandırma səviyyəsi cəmi 13,04% olub ki, bu da onun araşdırmalarının beynəlxalq elmi ictimaiyyət tərəfindən obyektiv şəkildə tanındığını təsdiqləyir.

Beləliklə, Adil Allahverdiyevin nüfuzlu tədqiqatçılar siyahısına daxil olması onun tibb və mikrobiologiya sahəsinə verdiyi əhəmiyyətli töhfəni göstərir.
 

Qeyd edək ki, 2020-ci ildə Allahverdiyev Azərbaycanda COVID-19 peyvəndinin hazırlanmasına rəhbərlik edib, nanopreparatların yaradılması və yeni dərman və peyvəndlərin hazırlanması üçün hüceyrələrin kultivasiyasında iştirak edib.


O, həmçinin koronavirus araşdırmaları üçün Vero hüceyrələrini gətirib, süd vəzi xərçəngi müalicəsi üçün nano-daşıyıcıları tətbiq edib və ölkədə yayılmış parazitar xəstəlik olan leishmaniozla mübarizə üsullarını tədqiq edib.

Bizim.Media

Chosen
5
bizim.media

1Sources