EN

Qaradağda Prokurorluq işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirildi

Oktyabrın 1-də “01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirildi...

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, rayon icra hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon prokurorluğunun şəxsi heyəti iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov “01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə bütün prokurorluq işçilərini təbrik etdi.Qaradağ İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Prokurorluq orqanlarının cinayətkarlığa qarşı mübarizə aparmasından, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunması, ictimai təhlükəsizliyi təmin etmək kimi məsul vəzifənin öhdəsindən uğurla gələrək, fəaliyyətinin 107 ili ərzində uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğuladı. Prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd etdi. Bu gün Hörmətli Prezidentimiz İlham Əliyev də prokurorluq əməkdaşlarına həmişə diqqət və qayğıkeşliklə yanaşmasından, prokurorluq əməkdaşlarının sosial problemlərinin həll edildiyindən, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılması üçün atılan addımlardan danışmışdır.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı tərəfindən bir neçə prokurorluq əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.

Poliqon.info

Chosen
19
1
poliqon.info

2Sources