EN

Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyədən Türkmənistana yük aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük nəzarətindən gizlədilmiş qutularda müxtəlif adda, cəmi 46 min 624 ədəd dərman vasitəsi və həmin dərman vasitələrinə aid boş qutular aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
11
27
xalqqazeti.az

10Sources