EN

Paytaxtın bu ərazisində su olmayacaq - XƏBƏRDARLIQ

Paytaxtın bəzi hissələrinin su təchizatında fasilə olacaq. Avtosfer.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, yol infrastrukturunun genişləndirilməsi ilə əlaqədar mövcud kommunikasiya xətlərinin köçürülməsi işləri çərçivəsində Nərimanov rayonunun bəzi ərazilərinin su təchizatında 2 oktyabr tarixində gün ərzində fasilə yaranacaq.

Chosen
15
25
avtosfer.az

10Sources