EN

Qatıq sarımsağın nəfəsdəki qoxusunu azaldır

Yeni laboratoriya araşdırmaları göstərib ki, tam süd qatığı sarımsağın kəskin qoxusuna səbəb olan uçucu birləşmələrin çoxunu udur və onların havaya keçməsinin qarşısını alır.

E-saglam.az xəbər verir ki, tədqiqatçılar qatığın və onun tərkib hissələrinin — su, yağ və zülalın — sarımsağın qoxusuna təsirini yoxlayıblar. Məlum olub ki, yağ və zülal sarımsağın qoxusunu effektiv şəkildə neytrallaşdırır. Bu isə gələcəkdə yüksək zülal tərkibli məhsulların hazırlanmasına imkan yaradır ki, onlar ağızda sarımsağın qoxusunu azaltmaq üçün istifadə oluna bilər.

«İndi insanlar zülal baxımından zəngin qidalarla daha çox maraqlanır», — deyə Ohio ştat Universitetinin professoru Şeril Berrincer bildirib.

Eksperimentlərdə eyni miqdarda çiy sarımsaq şüşə butulkalara yerləşdirilib və qoxu yaradan uçucu birləşmələrin səviyyəsi ölçülüb. Nəticələr göstərib ki, qatıq bu birləşmələrin konsentrasiyasını əhəmiyyətli dərəcədə azaldır. Qatığın yağı və zülalı suya nisbətən daha effektiv olub, daha çox kremli yağ isə qoxunu daha yaxşı neytrallaşdırır.

Qatığın pH dəyərini 4,4-dən 7-yə dəyişmək onun təsirini azaldır, bu isə zülalların əsas rol oynadığını göstərir. Sarımsağın qızardılması isə özü-özlüyündə qoxu yaradan uçucu birləşmələrin sayını azaldır, buna görə də qatığın təsiri daha az olur.

Berrincer qeyd edir ki, zülal tərkibi daha yüksək olan yunan qatığı sarımsağın qoxusunu aradan qaldırmaqda xüsusilə effektiv ola bilər. Meyvəli qatıq da uyğundur, əsas odur ki, sarımsaqdan dərhal sonra qəbul edilsin.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
8
e-saglam.az

1Sources