EN

Türkiyədə məşhur aktrisanın evi yandı

İstanbulda Beşiktaş rayonunda üçmərtəbəli taxta binada yanğın başlayıb.

NOCOMMENT.az DHA-ya istinadla xəbər verir ki, alov qısa müddətdə nəzarətdən çıxaraq ətrafda yerləşən daha üç evə yayılıb.

Güclü yağın nəticəsində türkiyəli aktrisa Şebnem Bozoklunun da evi alışıb.

Məlumata görə, alovların təsiri ilə binalardan biri qismən çöküb, park edilmiş avtomobil dağıntıların altında qalıb.

Chosen
6
2
nocomment.az

4Sources