Təxminən 10 gün öncə “Məlhəm” hospitalda ilk övladını dünyaya gətirən Gülənay Məmmədovanın körpəsi həkim səhlənkarlığından problemli doğulub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, belə bir iddia ilə Gülənay Məmmədovanın qardaşı, jurnalist Ulucay Akif sosial media hesabında yazıb.
Məsələ ilə bağlı Teleqraf-ın əməkdaşı sözügedən hospitalla əlaqə saxlayıb.
Bildirilib ki, hospital rəsmi açıqlama verəcək.
Qeyd edək ki, jurnalist körpənin beynində ciddi problemlər, sinir zədələnməsi olduğunu bildirib: “Kompüter tomoqrafiyasının nəticələrinə görə onun həyatda qalması qeyri-mümkündür. Bunu həm “Məlhəm” xəstəxanasının həkimləri, həm də digər xəstəxanaların həkimləri təsdiq edirlər. Uşaq nə gözlərini açır, nə də nəyəsə reaksiya verir. Amma xəstəxana israrla bizə bu zülmü yaşadır.