EN

Naxçıvanda zəncirvarı qəza olub, 4 nəfər xəsarət alıb - FOTO

Naxçıvan şəhərində zəncirvarı qəza olub, 4 nəfər xəsarət alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində baş verib. Qəza zamanı iki "VAZ 2107", "Raf" və "NAZ-Lifan" markalı avtomobillər toqquşub. Zəncirvarı qəzada 4 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Naxçıvanda

Naxçıvanda

Naxçıvanda

Chosen
27
8
avtosfer.az

10Sources