AZ

Naxçıvanda zəncirvari qəza baş verib, 4 nəfər xəsarət alıb

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb. Qəza zamanı “VAZ 2107”, “Raf” və “NAZ-Lifan” markalı avtomobillər toqquşublar.

Zəncirvari qəzada 4 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Seçilən
8
9
sia.az

10Mənbələr