EN

Komitədən “Hürriyyət”in iddialarına sərt reaksiya

Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi “Hürriyyət” onlayn informasiya agentliyinin və onun sosial media kanallarının 29 və 30 sentyabr tarixlərində yayımladığı məlumatlara dair sərt bəyanatla çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, komitə rəhbərliyinin və struktur rəhbərlərinin ünvanına hər hansı fakta söykənməyən, yalan və böhtan xarakterli iddialar irəli sürülüb.

DGK bildirir ki, həmin yayımlarda gömrük orqanlarının qaçaqmalçılıq, xüsusilə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı fəaliyyətinə “Səriştəsizliq, etinasızlıq, yoxsa göz yummaq?!” kimi ifadələrlə kölgə salınır.

Agentliyin əməliyyat-istintaq tədbirlərinin xüsusiyyətini bilmədən qanun pozuntusu faktlarını təhrif edərək Komitənin fəaliyyəti barədə ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışdığı vurğulanır.

DGK ölkənin iqtisadi təhlükəsizliyinin qorunması, qaçaqmalçılığa qarşı mübarizə istiqamətində bütün zəruri addımları atdığını və fəaliyyətinin beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirildiyini bildirir. Fəaliyyətinin səmərəliliyini sübut etmək üçün Komitə 2025-ci ilin cari dövrü ərzində 26,7 mindən çox hüquqpozma faktı (400-dən çoxu cinayət xarakterli) aşkarladığını, 72 fakt üzrə bir tondan artıq müxtəlif tərkibli narkotik vasitəni qanunsuz dövriyyədən götürdüyünü, eləcə də külli miqdarda dərman vasitələri, aksizli mallar və valyutanın qanunsuz keçirilməsinin qarşısını aldığını qeyd edib. Korrupsiya və vəzifə cinayətlərinə yol vermiş şəxslərin də müvafiq məsuliyyətə cəlb edildiyi vurğulanır.

Dövlət Gömrük Komitəsi qarşı tərəfin mövqeyi öyrənilmədən yalan və böhtan xarakterli məlumatları dərc edən media qurumlarının mövcud qanunvericiliyə əsasən hüquqi məsuliyyət daşıdığını bildirir.

Komitə bu hərəkətlərin dövlət qurumunun və onun vəzifəli şəxslərinin fəaliyyətinə kölgə salmaq məqsədi daşıdığını və hüquqi müstəvidə bu hallara qarşı bütün zəruri addımları atacağını bəyan edib.

Chosen
7
4
nocomment.az

5Sources