EN

İsrail təzyiq etdi, məşhur şirkət geri çəkildi

Milli komanda ilə sponsorluq müqaviləsini ləğv etmək istəyən “Reebok” İsrailin Futbol Federasiyasının məhkəmə hədəsindən sonra geri addım atıb.

Bakıvaxtı.az Qol.az-a istinadən xəbər verir ki, şirkət əvvəlcə müqaviləni pozmaq və İsrail millisinin formalarından öz loqosunu çıxarmaq niyyətində olub. Lakin sonda bu qərarından imtina edib.

İsrail Futbol Federasiyasının (İFA) açıqlamasında deyilir:

“İFA prezidenti Moşe Zuaresin iştirakı ilə “Reebok” və şirkətin yerli nümayəndəsi arasında keçirilən görüşdən sonra firma müqaviləni ləğv etmək qərarını geri götürdü. Beləliklə, beynəlxalq oyunlarda İsrail millisinin formalarında əvvəlki kimi “Reebok”un loqosu qalacaq”.

Chosen
11
3
bakivaxti.az

4Sources