EN

Naxçıvanda tibb müəssisələri üçün 4,4 milyonluq tibbi avadanlıqlar ALINACAQ

Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinin laboratoriya imkanlarının genişləndirilməsi məqsədilə Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi tərəfindən tender elan edilib.

Far.Az-in məlumatına görə, müsabiqənin ümumi dəyəri təxminən 4,4 milyon manat təşkil edir.

Tender çərçivəsində bir sıra qabaqcıl laboratoriya avadanlıqlarının alınması nəzərdə tutulur. Bunlara deionizə su cihazı, tam avtomatlaşdırılmış biokimya və immunoassay sistemləri, ümumi qan analizatorları, PZR ekstraksiya və real zamanlı PZR cihazları daxildir. Avadanlıqların xüsusiyyətləri yüksək standartlara cavab verir və 24/7 rejimində fasiləsiz fəaliyyət göstərə biləcək.

Bu tenderin həyata keçirilməsi Naxçıvanın tibb müəssisələrinin laboratoriya imkanlarını əhəmiyyətli dərəcədə artıracaq, diaqnostik proseslərin sürətini və dəqiqliyini yüksəldəcək. Eyni zamanda, müasir laboratoriya texnologiyaları sayəsində səhiyyə xidmətlərinin keyfiyyəti və xəstə məmnuniyyəti artacaq.

Chosen
6
1
far.az

2Sources