EN

Avropa buna cavab verəcək – Slutski

“Avropa ölkələri dondurulmuş Rusiya aktivlərindən istifadə etdiklərinə görə məhkəmə qarşısında cavab verəcək. Onlar son qəpiklərini də qaytarmalı olacaqlar”.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib.

Deputat qeyd edib ki, bu addım Avropanın əksəriyyət ölkələrindən olan investorların etibarını itirməsinə səbəb olacaq.

“Kapitalın xaricə axını başlayıb. Və çətin ki, bu prosesin yaxın gələcəkdə bərpa oluna bilsin”, – Duma komitəsinin rəhbəri qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyası (AK) Ukraynaya 4 milyard avroluq yeni tranş ayırıb. Bu məbləğ Rusiyanın dondurulmuş aktivlərindən ayrılıb.

Chosen
13
3
nocomment.az

4Sources