EN

Çempionlar Liqası: "Qarabağ" "Kopenhagen"i məğlub etdi - YENİLƏNİB

UEFA Çempionlar Liqasında əsas mərhələnin 2-ci tur görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, ikinci oyun günündə Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" da meydana çıxıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu "atlılar" Bakıda Danimarkanın "Kopenhagen" klubunu qəbul ediblər. Matç təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, Ağdam təmsilçisi ilk turda səfərdə "Benfika"nı məğlub edib (3:2). Ardıcıl 2-ci qələbəsini qazanan "Qarabağ" 36 komandanın yer aldığı siyahıda 4-cü sırada yer alıb.

UEFA Çempionlar Liqası. Əsas mərhələ. 2-ci tur

20:45 "Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka) 2:0

Qol: Abdullah Zubir, 28, Emmanuel Addai,83

Baş hakim: Serdar Gözübüyük

Baş hakimin köməkçiləri: Ervin Zeinstra, Patrik İnia

Dördüncü hakim: Yannik Van Der Laan

VAR: Rob Dieperink

AVAR: Jeroen Manşot (Hakimlər briqadası Niderlanddandır)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

saytlarin hazirlanmasi

Chosen
4
1
sportal.az

6Sources