EN

Ehtiram Hüseynov müalicə üçün Türkiyəyə getdi Video

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Beş ildir dağınıq skeleroz xəstəliyindən əziyyət çəkən Əməkdar artist Ehtiram Hüseynov Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə üçün Türkiyəyə yollanıb.

Axşam.az xəbər verir ki, sənətçi "Real TV"yə açıqlamasında kök hüceyrə vasitəsi ilə bu xəstəliyin irəliləməsinin qarşısını qismən almağın mümkün olduğunu bildirib. Xanəndə əlavə edib ki, artıq əməliyyatın ilkin mərhələsi icra olunub:

"Bu, üç mərhələ olmalıdır. Artıq biri icra edilib. Yəqin ki, üçüncü mərhələdən sonra hər şey yaxşı olar. Növbəti prosedurlar ayın 22-si və növbəti ayın 8-də olacaq. İlk altı ay ərzində bu əməliyyatlar öz təsirini göstərəcək. Müalicə üçün göstərdiyi dəstəyə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axsam_magazin (@axsam_magazin)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
7
axsam.az

8Sources