AZ

Əməkdar artist müalicə üçün Türkiyəyə getdi - VİDEO

Əməkdar artist Ehtiram Hüseynov müalicə üçün Türkiyəyə yollanıb.

Bizim.Media xəbər verir ki, bu barədə xanəndə “Real TV”yə danışıb.

Sənətçi Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə kök hüceyrə müalicəsi aldığını bildirib:

“Müalicə üç mərhələlidir. Birinci mərhələ edilib. Biri bu ayın 20-i, digəri noyabrın 8-i olacaq. Yəqin ki, 3-cü mərhələdən sonra hər şey yaxşı olacaq. Müalicə üçün göstərdiyi dəstəyə görə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, sənətçi illərdir dağınıq skeleroz xəstəliyindən əziyyət çəkir.
Sara, Bizim.Media

Seçilən
4
7
bizim.media

8Mənbələr