AĞDAM, 2 oktyabr. TELEQRAF
Ağdamda baş verən yanğın zamanı nənə və nəvə ağır yanıq xəsarəti alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi rayonun Quzanlı qəsəbəsində baş verib.
Rayon sakini İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə yanğın baş verib.
Yanğın zamanı 1965-ci il təvəllüdlü İsmayılov Zibeydə Qənimət qızı ikinci dərəcəli və onun nəvəsi2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı birinci dərəcəli yanıq xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb edilib. Yanğın yanğınsöndürən əməkdaşları tərəfindən söndürülərək yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma başlanıb.