EN

Qərb dünya əhalisinin 90 faizini məhv etməyi planlaşdırır - ŞOK İDDİA

Rusiyada qalmaqallı açıqlama gündəm yaradıb.

Musavat.com xəbər verir ki, ölkənin baş nüvə elmi-tədqiqat institutunun prezidenti, Vladimir Putinə yaxınlığı ilə tanınan Mixail Kovalçuk Qərblə bağlı sensasion iddia irəli sürüb.

O, “V Klass rəhbərləri Forumu”nda çıxışı zamanı bildirib ki, Qərb dünyada yaşayan insanların 90 faizini məhv etmək niyyətindədir. Kovalçukun sözlərinə görə, bu məqsəd LGBT ideologiyasının yayılması və bioloji silahların istifadəsi ilə həyata keçirilə bilər.

Moskva elmi dairələrinin nüfuzlu simalarından sayılan Kovalçukun bu çıxışı Rusiyada və beynəlxalq mediada geniş rezonans doğurub. Analitiklər qeyd edirlər ki, bu bəyanat həm də rəsmi elmi institutların konspirasiya nəzəriyyələrinə açıq şəkildə istinad etməsi kimi qiymətləndirilir.

Hadisə Rusiya-Qərb münasibətlərində gərgin fonun bir daha üzə çıxdığını göstərir. 

 

Musavat.com 

Chosen
18
2
musavat.com

10Sources