EN

20 yaşdan sonra bunu mütləq edin - Xərçəngin 6 ilkin əlaməti

Ölkəmizdə hər 8 qadından biri həyatının müəyyən mərhələsində döş xərçəngi ilə üzləşir. Mütəxəssislər bildirirlər ki, erkən diaqnoz xəstəliyin tam müalicəsinə imkan yaradır. Bunun üçün qadınların 20 yaşından etibarən ayda bir dəfə özlərini müayinə etmələri, 40 yaşdan sonra isə həkim nəzarəti və müntəzəm mamoqramma ilə yoxlanmaları həyati əhəmiyyət daşıyır.

Milli.Az xəbər verir ki, ümumi cərrah Prof. Dr. Cihan Uras döş xərçənginin 6 əsas ilkin əlamətini belə sadalayır:

Sərt kütlə: Döşdə və ya qoltuq altında hiss olunan, adətən ağrısız şiş.

Məmə forması dəyişiklikləri: Məmənin içəri çəkilməsi, düzləşməsi və ya formanın pozulması.

Dərinin dəyişməsi: Portağal qabığına bənzər görünüş, qalınlaşma, çuxurlaşma və soyulma.

Axıntı və qanaxma: Məmə ucundan qanlı və ya şəffaf maye gəlməsi.

Məmə ucunda dəyişiklik: Qızartı, yara və ya soyulma.

Qoltuq altında şişlik: Limfa düyünlərinin böyüməsi.

Mütəxəssislər vurğulayırlar ki, bu əlamətlərin hər biri ciddi qəbul edilməli və dərhal həkimə müraciət olunmalıdır. Erkən aşkarlama müalicənin uğur şansını qat-qat artırır.

Milli.Az

Chosen
23
1
milli.az

2Sources