EN

Ağdamda yanğın zamanı iki nəfər xəsarət alıb

Ağdamda baş verən yanğın zamanı nənə və nəvə ağır yanıq xəsarəti alıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, rayonun Quzanlı qəsəbə sakini İsmayılov Əhəd Natiq oğluna məxsus üçotaqlı evdə baş verən yanğın zamanı 1965-ci il təvəllüdlü İsmayılov Zibeydə Qənimət qızı və nəvəsi, 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı yanıq xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb edilib. Yanğın söndürülüb və yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanıb.

Chosen
7
9
sia.az

10Sources