Ermənistanın Baş naziri Nikol Paşinyan Danimarkaya işgüzar səfərə gedib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Paşinyan oktyabrın 2-də Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Sammitində iştirak edəcək.
Səfər çərçivəsində ikitərəfli görüşlərin də nəzərdə tutulduğu bildirilir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir.