EN

Tyeri Anri: “Qarabağ” futbolda sadəliyin gücünü göstərir

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fransalı futbol əfsanəsi və "CBS Sports"un şərhçisi Tyeri Anri Ağdamın "Qarabağ" klubunun oyun tərzini yüksək qiymətləndirib.

BAKU.WS xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsində "Kopenhagen" üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edərkən komandanın fərqli yanaşmasına diqqət çəkib.

"Qarabağ" çox sadə, amma inanılmaz dərəcədə effektiv oynayır. Sürətli hücum keçidləri və davamlı cinah hücumları rəqibləri çətin vəziyyətə salır. Onları dayandırmaq üçün həm yüksək səviyyədə, həm də güclü iqtisadi imkanlara sahib komanda olmalısınız. Futbol əslində sadə oyundur, lakin sadə oynamaq ən çətinidir. "Qarabağ" isə bunu bacarır", – Anri bildirib.

Xatırladaq ki, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının ikinci turunda "Kopenhagen"i məğlub edərək qrupda ilk qələbəsini qazanıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
1
baku.ws

2Sources