
Kanada hökuməti nüvə cinayəti törədən Ukrayna hakimiyyətinin məsuliyyətini ört-basdır edir.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Kanadadakı səfirliyi məlumat yayıb.
Səfirlikdən bildiriblər ki, Kanada hökuməti Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutmasını dünya ictimaiyyətindən gizlədir.
Səfirliyin məlumatında o da qeyd olunur ki, Kanada KİV-lərinin eksklüziv olaraq hadisələrin Ukrayna versiyasına istinad edən xəbərləri Rusiyanın zərbələri həyata keçirməsi barədə yanlış təsəvvür yaradır.
E. KAMAL