Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova tutduğu vəzifədən azad olunub.TehsilForumu.Az xəbər verir ki, bu barədə Modern.az-a direktorun özü məlumat verib. O qeyd edib ki, yaxın günlərdə başqa məktəbə təyinatını gözləyir. “65 yaşıma 2 il var. O müddətə qədər başqa məktəbdə bu vəzifəni icra edəcəyəm” – deyə Cəmilə Əhmədova bildirib. Qeyd edək ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəb ötən il istifadəyə verilib. Buna qədər məktəb Bakı şəhərində fəaliyyət göstərib.