EN

Rumıniya lideri çaşqın vəziyyətə düşüb

Rumıniya

Rumıniya prezidenti Nikuzor Danın mühafizəçilərin qarşısında çaşqın vəziyyətə düşməsi görüntüləri internetdə yayılıb.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, bu video onlayn istifadəçilərin gülüşünə səbəb olub və siyasətçi indi internet “meme” çevrilib.

Rəsmi mərasimdə Dan səmtini itirir və gözətçinin qabağında yerində addımlamağa başlayır. Onun bu davranışı tez-tez büdrədiyinə, çaşbaş danışığına və səhv yazılarına görə gülüş obyektinə çevrilən ABŞ-nın keçmiş prezidenti Co Baydenlə müqayisələrə səbəb olub.

ELÇİN
Chosen
8
1
reyting.az

2Sources