EN

ABŞ Ukraynaya Rusiya zərbələr vurmaq üçün kəşfiyyat məlumatları verəcək

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birləşmiş Ştatlar Ukraynaya Rusiyanın enerji infrastrukturasına uzaqmənzilli raketlərlə zərbə endirmək üçün kəşfiyyat məlumatları təqdim edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə, ABŞ rəsmilərinin açıqlamalarına istinadən "The Wall Street Journal" məlumat yayıb.

Rəsmi şəxslər həmçinin NATO ölkələrini eyni dəstəyi göstərməyə çağırıblar, deyə məqalə müəllifləri bildirir.

ABŞ rəsmilərinin sözlərinə görə, Ukraynaya əlavə kəşfiyyat məlumatlarının verilməsinə icazə, Donald Trampın sosial şəbəkələrdə Ukraynanın Rusiyanın işğal etdiyi bütün əraziləri geri qaytarma qabiliyyətindən bəhs etdiyi paylaşımından qısa müddət əvvəl verilib.

Qeyd edilir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası həmçinin Ukraynaya, təcavüzkar ölkə ərazisində daha çox hədəfi vurmağa imkan verəcək silahların verilməsini də nəzərdən keçirir. Bu, "Tomahawk" və "Barracuda" qanadlı raketlərinin təchizatı ilə bağlıdır. Lakin hələlik qərar qəbul edilməyib.

Yaxın vaxtlarda ABŞ Prezidenti tərəfindən Ukrayna üzrə xüsusi nümayəndə olan Kit Kelloq açıqlayıb ki, Tramp Ukraynaya Rusiyaya qarşı uzaqmənzilli zərbələr endirməyə icazə verib. Onun sözlərinə görə, bu qərar, ABŞ administrasiyasının digər nümayəndələri tərəfindən də dəstəklənir.

Son həftələr ərzində Ukrayna Rusiyanın neft emalı zavodlarına hücum kampaniyasını gücləndirib. Bir neçə gün əvvəl, Rusiyanın Saratov və Samara bölgələrində iki strateji neft emalı zavodu hədəf alınıb. Saratov neft emalı zavodu, Rusiyada ümumi neft emalı həcmindən təxminən 2,54%-ni təmin edir.

Kütləvi informasiya vasitələri, Rusiyada tarixən bənzərsiz bir səviyyədə neft emalı işinin dayandırıldığını bildiriblər. Həmçinin, Qərbin sanksiyaları Rusiyanın vəziyyətini daha da çətinləşdirir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
25
icma.az

10Sources