EN

"Qarabağ"ın sayəsində Azərbaycan UEFA əmsallar cədvəlindəki yerini möhkəmlədib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan UEFA əmsallar cədvəlində mövqeyini gücləndirib.
Oxu.Az xəbər verir ki, Bakıda baş tutan oyunda "Qarabağ"ın Danimarkanın "Kopenhagen" klubunu məğlub etməsi ilə Azərbaycanın reytinqinə 0.500 xal əlavə edilib.
Azərbaycan siyahıda 22.000 xalla 25-ci sırada yer alıb.
Azərbaycandan bir pillə öndə yer alan Serbiyanın 22.375 xalı var. 21.275 xalı olan Slovakiya isə 26-cı pilldə qərarlaşıb.
Reytinqə 97.117 xalla İngiltərə başçılıq edir.
Qeyd edək ki, dünən keçirilən qarşılaşmada "Qarabağ" Danimarka klubu üzərində 2:0 hesabı ilə inamlı qələbə qazanıb və xallarını altıya çatdırıb. Hazırda Çempionlar Liqasının Liqa mərhələsində Ağdam klubu altıncı yerdə qərarlaşıb.
Chosen
28
4
oxu.az

7Sources