İsrail Hərbi Dəniz Qüvvələri Qəzza zolağı sahillərinə fələstinlilər üçün humanitar yardım aparan Sumud Donanmasının 15 gəmisini ələ keçirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 20-dən çox İsrail hərbi gəmisi flotiliyanı mühasirəyə alıb, mülki qayıqlara basqın edilib.
Aralarında 25-i Türkiyə vətəndaşı olan fəallar İsrailə aparılır. Ümumillikdə saxlanılanların sayı 201-ə çatıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə mediası İsrail ordusu Qəzza zolağına humanitar yardımın çatmasının qarşısını almaq üçün Sumud Qlobal Donanmasının gəmilərinə qarşı əməliyyata hazırlaşması barədə məlumat dərc etmişdi.
Gülayə Mecid