AZ

İsrail Sumud Donanmasının 15 gəmisini ələ keçirdi - Türklər saxlanıldı

İsrail Hərbi Dəniz Qüvvələri Qəzza zolağı sahillərinə fələstinlilər üçün humanitar yardım aparan Sumud Donanmasının 15 gəmisini ələ keçirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 20-dən çox İsrail hərbi gəmisi flotiliyanı mühasirəyə alıb, mülki qayıqlara basqın edilib.

Aralarında 25-i Türkiyə vətəndaşı olan fəallar İsrailə aparılır. Ümumillikdə saxlanılanların sayı 201-ə çatıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyə mediası İsrail ordusu Qəzza zolağına humanitar yardımın çatmasının qarşısını almaq üçün Sumud Qlobal Donanmasının gəmilərinə qarşı əməliyyata hazırlaşması barədə məlumat dərc etmişdi. 

Gülayə Mecid 

Seçilən
18
unikal.az

1Mənbələr